Qadın sosial şəbəkədə ona şərh yazan şəxsi hədələdi: "Sevgilim polisdir"

Azərbaycanda qadın sosial şəbəkədə ona şərh yazan şəxsi polislə təhdid edərək, təhqir edib.

Qadınlardan biri canlı yayımda onların əyləncə görüntülərini yayan şəxslərə bildirir ki, "paylaşsın, zor edir, mənim də komandirim var, Binəqədi Rayon Polis İdarəsinin komandiri Azər sevgilimdir".

Sosial şəbəkələrdə yayılan görüntülərə bağlı "Report"in sorğusuna Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən münasibət bildirilib.

Qeyd olunub ki, yayılan videogörüntü ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsində araşdırma aparılıb:

"Binəqədi Rayon Polis İdarəsində Azər adlı polis əməkdaşı xidmət etmir. Deyilənlər əsassızdır".

Report 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31