"Koronavirusdan sağalan şəxsin bədənində antitellər yaranıbsa, o, ikinci dəfə xəstəliyə yoluxmaya bilər"
15 Dekabr 2020 16:58 SosialKoronavirusu keçirən şəxsin bədənində antitellər yaranıbsa, o, ikinci dəfə xəstəliyə yoluxmaya da bilər.
Olaylar.az Trend-ə istinadən bildirir ki, bunu Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru Adil Allahverdiyev deyib.
Onun sözlərinə görə, koronavirus keçirən şəxsin orqanizmində heç bir immunoqlobin G yaranmaya da bilər: "Bu, o deməkdir ki, belə şəxs xəstələnə də, hətta xəstəliyi ağır keçirə də bilər. Bir sıra ölkələrdə koronovirusu keçirən şəxslər vaksinasiyanın ilk mərhələsində vaksinasiya edilmir. Onlar daha sonrakı mərhələlərdə vaksinasiya edilə bilərlər. Buna görə də koronavirus keçirən şəxs ilk mərhələdə vaksinasiya olunmaya bilər".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31