Vaksin vurulduqdan sonra da maskalardan istifadə etməliyik - Ramin Bayramlı
15 Dekabr 2020 16:19 SosialƏhalinin böyük kütləsində immunizasiya yaratmayana qədər maskalardan istifadə etməliyik.
Olaylar.az-ın məlumatına görə, bunu TƏBİB-in İdarə heyətinin sədri Ramin Bayramlı bu gün keçirilən brinfinqdə deyib.
R.Bayramlı bildirib ki, vasksin vurdurmaq o demək deyil ki, maskadan istifadə etmək lazim deyil. O qeyd edib ki, vaksin vurulduqdan sonra immunitetin yaranması müəyyən bir zaman alır: "Ona görə də həm özünü, həm də ətrafdakıları qorumaq üçün müəyyən müddət maskalardan istifadəyə davam etməliyik".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31