Azərbaycana bu vaksinlərdən gətirilə bilər - ADLAR
15 Dekabr 2020 15:34 SosialVaksinin effektivliyi və təhlükəsizliyi haqqında hələ tam dəqiq məlumat vermək çətindir, ancaq ümidverici xəbərlər var.
Olaylar.az-ın məlumatına görə, bunu TƏBİB-in İdarə heyətinin sədri Ramin Bayramlı bu gün keçirilən brinfinqdə deyib.
R.Bayramlı bildirib ki, müxtəlif şirkətlər tərəfindən təklif edilən vaksinlər var. Onun sözlərinə görə, Azərbaycan 5 mövcud vaksinlə tanış olub. Bu vaksinlər ABŞ-Almaniya tərəfindən birgə istehsal edilən, Rusiya (Sputnik V), ABŞ (Moderna) Oxfort universitetində (İngiltərə, İsveç alimləri və AstraZeneca Şirkəti ilə birgə hazırlanan) və Çində (Sinovac) istehsal edilən vaksinlərdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31