Şəhid kimi dəfn olunan Vəliəhəd də erməni əsirliyindən azad edildi
15 Dekabr 2020 15:15 SosialVətən Müharibəsində şəhid olduğu haqda məlumat yayılan Vəliəhəd Vəliyev də erməni əsirliyindən azad olunaraq Bakıya gətirilib.
Olaylar.az xəbər verir ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası 1998-ci il təvəllüdlü Vəliyev Vəliəhəd Şakir oğlunun Azərbaycana təhvil verildiyini açıqlayıb.
V.Vəliyevin atası Şakir Vəliyev "Qafqazinfo"ya açıqlamasında məlumatı bir daha təsdiqləyib və artıq ona bu barədə rəsmilər tərəfindən məlumat verildiyini bildirib. Ş.Vəliyev hələ oğlu ilə əlaqə saxlamadığını deyib.
Qeyd edək ki, Vəliəhd Vəliyevin Zəngilan uğrunda döyüşlərdə şəhid olduğu bildirilirdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31