Evi qarət edən keçmiş məhkum saxlanıb

Kəpəz rayonг ərazisindəki evlərin birindən pul, geyim və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Q.Qəhrəmanov saxlanılıb. Daxili İşlər Nazirliyindən "Olaylar"a verilən xəbərə görə, Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 10.000 manat pul, 5000 manat dəyərində geyim və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Q.Qəhrəmanov saxlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31