Məhəbbət Vəliyeva yenidən Təhsil İdarəsinə müdir təyin edildi

Təhsil Nazirliyində kadr dəyişikliyi olub.

Olaylar.az xəbər verir ki, Təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

Nazirin digər əmri ilə  Məhəbbət Vəliyeva Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri təyin olunub.

Qeyd edək ki, Məhəbbət Vəliyeva Təhsil Nazirliyinin tabeliyindəki akademik Zərifə Əliyeva adına liseyin direktoru vəzifəsində çalışırdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31