Tramp hələ peyvənd olunmayacaq
14 Dekabr 2020 15:20 SosialABŞ Prezidenti Donald Trampın hələ COVID-19-a qarşı peyvənd edilməsi üçün heç bir planları yoxdur, lakin uyğun zamanda bunu etməyə hazırdır.
Bu barədə o, "Twitter"də yazıb.
"Ağ Evdə çalışan insanlar, peyvəndi xüsusi ehtiyac olmadığı təqdirdə, proqram çərçivəsində, bir qədər gec əldə etməlidirlər. Bu düzəlişin edilməsini xahiş etmişəm.
Peyvənd olunmağı planlaşdırmıram, amma ümid edirəm ki, lazımi vaxtda edəcəyəm", - deyə o bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31