Koronavirusdan sağalanlar bu problemlərlə üzləşir
14 Dekabr 2020 14:19 SosialPasiyentlər koronavirusdan sağaldıqdan bir neçə ay sonra müxtəlif problemlərlə həkimlərə müraciət edirlər.
Olaylar.az xəbər verir ki, bu barədə allerqoloq-immunoloq Vladimir Bolibok danışıb. Onun sözlərinə görə, vətəndaşlar zəiflik, yüksək qan təzyiqi, başgicəllənmə və həzm sistemi xəstəliklərilə qarşılaşdıqlarını bildiriblər. Bundan əlavə, kişi cinsiyyət orqanı xəstəliklərinin müşahidə olunduğu iddia edilir.
Həkim vurğulayıb ki, bu cür müraciətlər əsasən birinci dalğa zamanı koronavirusa yoluxan insanlardan daxil olur. Xəstələrin sayı xüsusilə 30-dan yuxarı yaş dövrünü əhatə edir.(publika)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31