Daha 10 növ elektron xidmət istifadəyə veriləcək
14 Dekabr 2020 13:50 Sosial"İlin sonuna kimi daha 10 növ elektron arayış xidməti istifadəyə veriləcək". "Olaylar" xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin E-xidmətlər və innovasiyalar şöbəsinin müdiri Kənan Əkpərov deyib. Şöbə müdiri bildirib ki, bununla da elektron arayışların sayı otuza çatdırılacaq: "Bundan sonra də lazımi sənədlərin əldə edilməsinin bütünlükdə elektronlaşdırılmasına çalışacağıq. Vətəndaşlarımız heç yerə müraciət etmədən onlayn şəkildə arayışları əldə edə biləcəklər ".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31