Deputat: “Qeyri-hökumət təşkilatlarının da fəaliyyətinə icazə verilməsi məqsədəuyğundur”

"Artıq ölkəmizdə sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiqinə başlanılıb. Xüsusi karantin rejimi dövründə işlərin davam etdirilməsi zəruri olan fəaliyyət sahələrinin sayı məhdudlaşdırılacaq. Fəaliyyətinə icazə verilməyəcək qurumlardan biri də qeyri-hökumət təşkilatlarıdır. Belə ki, qeyri-hökumət təşkilatlarının (QHT) fəaliyyət kodu icazə verilən fəaliyyətlər siyahısına daxil edilməyib".  "Olaylar" xəbər veir ki,  bunu deyən millət vəkili Vüqar Bayramovun sözlərinə görə, kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatlarının eyni kateqoriyaya daxil olmasına baxmayaraq QHT-lər sərt karantin dövründə fəaliyyətlərini ofis şəraitində davam etdirə bilməyəcəklər: "Halbuki, pandemiyaya qarşı mübarizə yalnız inzibati deyil, eyni zamanda digər metodlar ilə də sistemli və paralel şəkildə aparılmalıdır. Təbliğat və maarifləndirici işlərin və hətta içtimai nəzarətinin səmərəliliyi birbaşa qeyri-hökumət təşkilatlarının aktiv fəaliyyətindən aslıdır. Digər tərəfdən bu sektorda çalışanların sayı da çox olmadığı üçün fəaliyyətə icazə epidomoloji vəziyyətə xüsusi təsir etməyəcək. Bu baxımdan, Nazirlər Kabinetinin fəaliyyətinə icazə verilən sahələrin siyahısına yenidən baxması və pandemiyaya qarşı mübarizədə vacib institut olan qeyri-hökumət təşkilatlarının fəaliyyətinə icazə verməsi məqsədəuyğundur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31