Prokurorluq "YAŞAT" Fonduna yarım milyon manat köçürdü
14 Dekabr 2020 11:24 SosialBaş Prokurorluq "YAŞAT" Fonduna yarım milyon manat ianə köçürüb.
Olaylar.az xəbər verir ki, Baş Prokurorluq Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədi ilə Prezident İlham Əliyevin imzaladığı 08 dekabr 2020-ci il tarixli Sərəncamı ilə yaradılmış "YAŞAT" Fonduna 500 min manat məbləğində vəsait köçürüb.
Daim sosial həmrəylik nümayiş etdirən prokurorluq işçiləri ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə könüllü olaraq əmək haqlarının bir hissəsinin "YAŞAT" Fonduna ianə verilməsi qərarına gəliblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31