İranda 1 gündə 8 min nəfər koronavirusa yoluxub
12 Dekabr 2020 17:14 Sosialİranda ötən sutka ərzində 8 201 nəfər koronavirusa yoluxub.
Olaylar.az xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. Onun sözlərinə görə, bununla da İranda bu virusa yoluxanların sayı 1 100 818 nəfərə çatıb.
Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 221 nəfər koronavirusdan ölüb. Beləliklə İranda bu virusdan ölənlərin sayı 51 949 nəfərə yüksəlib.
Ölkədə indiyədək 800 743 nəfər koronavirusdan sağalıb. 6,65 milyondan çox diaqnoz testi həyata keçirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31