Məktəblilər arasında intellektual oyun üzrə onlayn respublika çempionatı keçiriləcək

Təhsil Nazirliyinin təşkilatçılığı və "Kapital Bank"ın dəstəyi ilə "Ağıllı şəhər - Bakı" layihəsi çərçivəsində dekabrın 26-27-də məktəblilər arasında "Nə? Harada? Nə zaman?" oyunu üzrə onlayn respublika çempionatı keçiriləcək.

Nazirlikdən bildirilib ki, intellektual yarışda VI-IX sinifləri təmsil edən komandalar iştirak edəcək.

Xatırladaq ki, may ayından başlayaraq Bakı, Abşeron, Sumqayıt, Quba və Gəncə üzrə şagirdlər üçün hər həftə öz biliklərini sınamaq məqsədilə intellektual oyunlar, hər ay bilik yarışları təşkil olunurdu. Respublika çempionatına həmin yarışlarda iştirak edən komandalarla yanaşı, digər şəhər və məktəblərdən də oyunçular qoşula bilər.

Çempionatın qalibləri kubok, medal və hədiyyələrlə təltif ediləcək. Qeydiyyat dekabrın 15-dək davam edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31