Sərt karantində rayondan Bakıya necə gələcəyik? - QAYDA AÇIQLANDI

Dekabrın 14-də, saat 00:00-dan etibarən Azərbaycan ərazisində ciddi karantin rejimi tətbiq olunacaq, bir çox rayona giriş-çıxış bağlanacaq.

Sərtləşmiş karantin dövründə respublikanın digər rayonlarında olan Bakı qeydiyyatlı şəxslərin Bakıya qayıtmaları necə olacaq?

Olaylar.az xəbər verir ki, DİN-in mətbuat xidmətindən Axar.az-ın sorğusuna cavab olaraq, Bakı qeydiyyatlı şəxslərin Bakıya qayıtmalarına icazə var:

"Respublikanın digər şəhər və rayonlarına getmiş Bakı şəhərində daimi qeydiyyatda olan şəxslər fərdi avtomobilləri ilə, avtomobili olmayanlar isə hər bir rayonun (şəhərin) hüdudunadək taksilərdən istifadə etməklə paytaxta qayıda bilərlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31