Hande Harmancı Gəncədə müharibədən zərər görən şəxslərlə görüşdü

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı Gəncə şəhərində müharibədən zərər görən şəxslərlə görüşüb.

Olaylar.az-ın məlumatına görə Hande Harmancı bu ailələrə koronavirusla mübarizə üçün bir sıra tibbi ləvazimatlar gətirib, xəstəliklə mübarizə üsulları ilə bağlı fikirlərini bölüşüb.

Məlumat üçün bildirək ki, oktyabrın 5-dən 27-dək Gəncə şəhəri erməni silahlı qüvvələri tərəfindən bombalanıb. Nəticə etibarı ilə 60 ailə evsiz qalıb. Bu ailələr əsasən Azərbaycan Dövlət Aqrar Universitetinin yataqxanasında məskunlaşıb. Şəhərin bombalanması zamanı ümumilikdə, 30-a yaxın mülkü şəxs həyatını itirib, 90 nəfər yaranalıb.(publika)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31