Ruvel Nozik: “Qələbə münasibəti ilə bütün Azərbaycan xalqını təbrik edirəm”

Beynəlxalq dərəcəli menecer, voleybol veteranı, sabiq hakim Ruvel Nozik Azərbaycanı Qələbə münasibətilə təbrik edib. "OLAYLAR"-ın Azərbaycan Voleybol Federasiyasına istinadən verdiyi xəbərə görə, Ruvel Nozik bildirib ki, Azərbaycan gözəl, mehriban insanları olan bir ölkədir: "Mənim buraya sevgim səksəninci illərdən başlayıb. İlk dəfə Azərbaycana voleybol hakimi olaraq gəlmişəm və elə o gündən burda çoxlu gözəl dostlar qazanmışam. Buna görə özümü çox şanslı sayıram.  Azərbaycanda çox millətli xalqlar yaşayır. Burada onların rahat, xoşbəxt yaşamaları üçün hər cür şərait var. Neçə illər işimlə əlaqədar olaraq mən də Azərbaycanda yaşamışam və özüm bunların şahidi olmuşam".

O, qeyd edib ki, Azərbaycan hər il daha da qüdrətli, daha güclü dövlətə çevrilir: "Bütün bunlar ölkə rəhbəri cənab Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində əldə edilir. Bu gün Azərbaycan ən gözəl günlərini yaşayır. 30 ildən sonra işğal altında olan doğma torpaqlarını işğaldan azad edib. Azərbaycanı çox sevən bir insan kimi mən də qələbə münasibəti ilə bütün Azərbaycan xalqını təbrik edirəm. Müharibə zamanı şəhid olan qəhrəmanlara Allah rəhmət eləsin. Onların yaxınlarına baş sağlığı verirəm. Yaralılara isə Allahdan şəfa diləyirəm.  Qarabağın Azərbaycana qayıtmasından çox şadam".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31