Polisə yeni xidməti avtomobillər verildi

Daxili işlər orqanları əməkdaşlarına yeni avtomobillər verilib. "Olaylar"ın məlumatına görə, yeni pikap avtomobilləri müasir yeni mobil cihazlarla təmin olunub. Amerika istehsalı olan yeni avtomobillər artıq polislərə təqdim olunub. Avtomobillər əsasən post-patrul xidməti şəxsi heyəti üçün nəzərdə tutulub. Qabaqcıl dövlətlərin polis xidmətlərinin istifadə etdiyi bu avtomobillər daha cəld manevr qabiliyyətinə malikdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31