Dekabrın 11-də ölkə ərazisində yaşayış yerini icazəsiz tərk edən 29 aktiv koronavirus xəstəsi müəyyən edilərək saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, onlardan 28 nəfər evə qaytarılıb, 1 nəfər isə xəstəxanaya yerləşdirilib. Onlardan 17 nəfərə cinayət işi başlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31