Ermənistanda daha 29 nəfər koronavirusdan ölüb
11 Dekabr 2020 12:54 SosialErmənistanda daha 1 077 nəfərdə koronavirus aşkarlanıb.
Olaylar.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 146 317 olub.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı 29 nəfər artaraq 2 445-ə çatıb. COVID-19 diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 613-' yüksəlib. İndiyədək 123 474 nəfər infeksiyadan sağalıb.
Hazırda ölkədə 19 785 aktiv koronavirus xəstəsi var.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31