27 Sentyabr anım günü olacaq

27 sentyabr Azərbaycan Respublikasında Anım Günü kimi təqvimə salınacaq. "Olaylar" xəbər verir ki, bununla bağlı Əmək Məcəlləsinə yeni maddə (106-1.) əlavə edilir. Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan yeni maddəyə əsasən, hər il sentyabrın 27-si Azərbaycan Respublikasının işğal altında olan torpaqlarının azad edilməsi uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad etmə günü - Azərbaycan Respublikasında Anım Günüdür. Məsələ Milli Məclisdə müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda təsdiq edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31