Vüqar Gülməmmədov yenidən Hesablama Palatasının sədri seçildi
11 Dekabr 2020 11:41 SosialMilli Məclisin sədri Sahibə Qafarovanın təqdimatı əsasında Vüqar Tapdıq oğlu Gülməmmədovun Azərbaycan Respublikası Hesablama Palatasının sədri vəzifəsinə namizədliyi irəli sürülüb. "Olaylar" xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikası Hesablama Palatasının sədrinin təyin edilməsi haqqında" məsələ müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra Vüqar Tapdıq oğlu Gülməmmədov yenidən Azərbaycan Respublikası Hesablama Palatasının sədri seçilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31