Nərimanov rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
10 Dekabr 2020 16:09 SosialNərimanov rayonunda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Rayonun Təbriz küçəsi ərazisində şəhər sakini M.Ramazanov idarə etdiyi "Hyundai" markalı avtomobillə yolu keçən Fatma Delşadı vurub. Xəsarət almış piyada xəstəxanaya yerləşdirilsə də,onun həyatını xilas etmək mümkün olmayıb.
Faktlarla bağlı Nərimanov Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31