Paytaxtda toy təşkil etmək istəyən şəxslər saxlanılıb

Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsi əməkdaşları rayon ərazisində "Xonça" restoranında təşkil edilən toy mərasiminin keçirilməsinin qarşısını alıb. DİN-dən "Olaylar"a bildirilib ki, mərasim zalının icarədarı, paytaxt sakini R.Həsənli, toyun təşkilatçısı Suraxanı rayon sakini B.Babayev və toy zamanı orada olan 60-a yaxın şəxs saxlanılaraq 31-ci PB-yə gətiriliblər. Araşdırma zamanı B.Babayevin karantin qaydalarını pozaraq oğluna toy təşkil etmək istədiyi məlum olub. Karantin rejimi qaydalarını pozan həmin şəxslər barəsində qanunvericiliyə uyğun olaraq tədbir görülüb. Araşdırmalar aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31