Xüsusi Təyinatlı Qüvvələrin heyəti də Zəfər paradında keçid edib
10 Dekabr 2020 14:36 SosialAzadlıq meydanında Vətən müharibəsində qələbəyə həsr olunan Zəfər paradı davam edir.
Olaylar.az xəbər verir ki, qələbənin qazanılmasında misilsiz xidmətləri olan Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin hərbi qulluqçuları hərbi paradda keçid edib.
Parad heyətinə Xüsusi Təyinatlı Qüvvələrin komandanı, "Vətən müharibəsi qəhrəmanı", general-leytenat Hikmət Mirzəyev başçılıq edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31