“YAŞAT”a ianələrin köçürülməsi imkanları genişləndirildi
10 Dekabr 2020 12:24 Sosial"YAŞAT" Fonduna ediləcək ianələrin Mərkəzi Bankın operatoru olduğu "Hökumət Ödəniş Portalı" vasitəsilə də qəbulu imkanı yaradılıb. "Olaylar" xəbər verir ki, bu barədə Mərkəzi Bankın mətbuat xidmətindən verilən məlumatda bildirilib. Qeyd edilib ki, bütün hüquqi və fiziki şəxslər ölkədə fəaliyyət göstərən bankların və milli poçt operatoru olan Azərpoçt MMC-nin "Hökumət Ödəniş Portalı"na inteqrasiya olunmuş filial və şöbələrində istər nağd formada, istərsə də nağdsız ödəniş alətləri vasitəsilə, o cümlədən portalın internet səhifəsindən (https://gpp.az/yasat) və mobil tətbiqindən (Android və iOS platformalı) istifadə etməklə 24/7/365 rejimində Fondun hesablarına vəsaitlərini köçürə bilərlər. Azərbaycan Beynəlxalq Bankında açılmış hesabların rekvizitləri barədə məlumatlar Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin rəsmi internet səhifəsində (http://vxsida.gov.az/az/article/1484) yerləşdirilib.