Polad Həşimovun anası oğluna "Milli Qəhrəman" adının verilməsinə görə təşəkkür etdi- VİDEO
10 Dekabr 2020 11:59 SosialGeneral-mayor Polad Həşimovun anası Səmayə Həşimova oğluna "Milli Qəhrəman" adının verilməsinə görə Prezident İlham Əliyevə təşəkkür edib.
Olaylar.az-ın məlumatına görə, S.Həşimova bildirib ki, oğlu general-mayor Polad Həşimov öz canını torpaqlarımız uğrunda fəda etdi:
"Ali Baş Komandan, Prezident İlham Əliyev onun əziyyətini qiymətləndirdi. Buna görə öz ailəmiz adından Ali Baş Komandana təşəkkürümüzü bildiririk, ona "sağ olsun" deyirik. Mənim oğlumun əziyyəti belə qiymətləndirildi".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31