Azərbaycan aeroportları yanvarın sonunadək müntəzəm sərnişin reysləri üçün bağlı olacaq
10 Dekabr 2020 11:38 SosialGələn ilin yanvarın 31-dək Azərbaycan Respublikasının bütün hava limanları müntəzəm sərnişin reyslərinin həyata keçirilməsi üçün bağlıdır.
"Azərbaycan Hava Yolları" QSC-dən Milli.Az-a verilən məlumata görə, karantin dövründə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın icazəsi ilə xüsusi və çarter reyslərinin yerinə yetirilməsi davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31