Yerevanda bank direktorunun avtomobili partladıldı
9 Dekabr 2020 19:37 SosialErmənistanın paytaxtı Yerevanda "Armekonombank"ın icraçı direktoru Aram Xaçatryanın avtomobili partladılıb.
Olaylar.az xəbər verirki, bu məlumatı "Sputnik Armeniya" yayıb.
Bildirilib ki, A.Xaçatryan avtomobili işə salıb, bir neçə metr hərəkət etdikdən sonra partlayış baş verib.
Polisin açıqlamasına əsasən, naməlum şəraitdə "Lexus" avtomobili partlayıb. İlkin məlumata görə, A.Xaçatryan xəsarət almayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31