Bakıda toy sahibi və 60 qonağı saxlanıldı
9 Dekabr 2020 17:45 SosialPaytaxt ərazisində restoranların birində toy etmək istəyən şəxslər saxlanılıb.
Suraxanı Rayon Polis İdarəsinin (RPİ) 31-ci Polis Bölməsi (PB) əməkdaşları rayonun ərazisində "Xonça" restoranında təşkil edilən toy mərasiminin keçirilməsinin qarşısını alıb.
Məlumata görə, toy mərasiminin təşkilatçısı və 60-a yaxın şəxs saxlanılaraq 31-ci PB-nə gətiriliblər.
Hazırda karantini pozan həmin şəxslərin barəsində qanunauyğun olaraq tədbir görülür.
Araşdırmalar aparılır.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev "Report"a faktı təsdiqləyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31