Azərbaycanda 2 avtomobil toqquşdu - PİYADA ÖLDÜ
9 Dekabr 2020 15:28 SosialDekabrın 8-də saat 19 radələrində Ağcabədi rayonunda ağır yol qəzası baş verib.
Olaylar.az xəbər verir ki, Avşar kəndi ərazisində kənd sakini A.Mirzəyev idarə etdiyi "VAZ-2107" markalı avtomobili yolun kənarında dayanmış Hindarx qəsəbə sakini M.Əliyevə məxsus eyni markalı avtomobilə vurub. Daha sonra həmin avtomobil yaxınlıqda dayanmış qəsəbə sakini M.Quliyevə dəyib.
Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. A.Mirzəyevin sərnişini xəstəxanaya yerləşdirilib.
Ağcabədi RPŞ tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31