Karantin qaydalarına əməl etməyən daha bir Covid-19 xəstəsi aşkarlanıb

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti tədbir nəticəsində ev şəraitində müalicə alan koronavirus xəstəsinin yaşadığı ünvanı tərk etdiyi müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Olaylar.az"a verilən məlumata görə, COVID-19 virusunun daşıyıcısı olan şəhər sakini Sabir Əliyev ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk edib. Polislər tərəfindən onun şəhər ərazisində olduğu yer müəyyən olunub və tibbi prosedurlar da gözlənilməklə yaşadığı ünvana qaytarılıb.

S.Əliyev barəsində Ağdaş Rayon Polis Şöbəsində araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31