İcra başçısının müavini koronavirusdan ölüb

Bakı şəhəri, Nəsimi rayon İcra Hakimiyyəti başçısının müavini Qurban İsmayılov koronavirusdan vəfat edib. "Olaylar"ın məlumatına görə, Q.İsmayılovun iki həftə əvvəl verdiyi test pozitiv çıxıb, o xəstəxanada müalicə alırdı. 49 yaşlı İsmayılov Qurban Soltanəli oğlu daha əvvəl Səbail Rayon İcra Hakimiyyətində şöbə müdiri vəzifəsində işləyib. 2017-ci ildən Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışırdı. 3 övladı var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31