"Qarabağda məhv edilən Azərbaycan dini abidələri" adlı layihə başa çatıb
9 Dekabr 2020 14:42 SosialMənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə baptist icması tərəfindən həyata keçirilən "Qarabağda məhv edilən Azərbaycan dini abidələri" adlı layihə başa çatıb. "Olaylar" xəbər verir ki, Bakı şəhəri Yevangelist Məsihi Baptistlərinin "Aqape" dini icmasının Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə "Qarabağda məhv edilən Azərbaycan dini abidələri" adlı layihə həyata keçirib. Layihə çərçivəsində Dağlıq Qarabağda ermənilər tərəfindən məhv edilən dini abidələr araşdırılmış, bu barədə rus və ingilis dillərində məqalələr və videoçarxın hazırlanaraq sosial media vasitəsilə ölkə xaricində işıqlandırılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31