Təhsil nazirindən məktəbdə valideynlərdən pul yığılması ilə bağlı AÇIQLAMA

"Hər hansı valideyn məktəbə pul ödəməyə məcbur edilməməlidir. Belə bir hal səhv addım olar".

Olaylar.az "Report"a istinadən xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev deyib.

"İl ərzində neçə məktəb direktoru valideynlərdən pul yığılmasına görə vəzifədən azad edilir. Biz bu işi yenə davam etdirəcəyik", - o vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31