Rauf Əliyev sədr müavini Seçilib

MDB PA-nın Mədəniyyət, informasiya, turizm və idman üzrə daimi komissiyanın gündəliyi 13 məsələdən ibarət olub. "Olaylar" xəbər verir ki, iclasda öncə təşkilati məsələyə baxılıb, Azərbaycan Milli Məclisinin deputatı Rauf Əliyev Mədəniyyət, informasiya, turizm və idman üzrə daimi komissiyanın sədr müavini seçilib. Sonra "İnformasiya-kommunikasiya texnologiyaları sahəsində pozuntuların qarşısının alınması haqqında" model qanun layihəsinin hazırlanması barədə məruzələr dinlənilib. Fikir mübadiləsi zamanı rəy və təkliflər irəli sürülüb. Komissiya üzvləri MDB-yə üzv dövlətlərin rəqəmsal inkişaf sahəsində əməkdaşlığına dair Tövsiyələr layihəsinə də münasibət bildiriblər. Komissiyada MDB-yə üzv dövlətlər üçün model İnformasiya Məcəlləsinin, həmçinin model Əqli Mülkiyyət Məcəlləsinin yeni redaksiyada layihələrinin hazırlanmasına xüsusi diqqət yetirilib.

İclasda "Kinematoqrafiyaya dövlət dəstəyi haqqında" , eləcə də "Teatr və teatr fəaliyyəti haqqında" model qanunların yeni redaksiyada layihələrinin hazırlanması ətraflı müzakirə olunub. MDB məkanında elektron formada çap olunmuş nəşrin zəruri nüsxəsinin verilməsi məsələsində vahid yanaşmanın tətbiqi barədə Tövsiyə layihəsinə və digər məsələlərə baxılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31