“Regional investisiya layihələri haqqında” model qanun layihəsi hazırlanıb

MDB PA-nın İqtisadiyyat və maliyyə üzrə daimi komissiyasının iclasında 8 məsələyə baxılıb. "Olaylar" xəbər verir ki, "Regional investisiya layihələri haqqında" model qanunun layihəsi barədə məruzə dinlənilib. Sonra komissiya üzvləri model qanun layihəsi ətrafında ciddi müzakirələr aparıblar. İclasda MDB-yə üzv dövlətlərdə bir sıra tərəfdaşlıq mexanizmlərinin inkişafına və tətbiqinə dair Tövsiyə layihələri fikir plüralizmi şəraitində müzakirə olunub, rəy və təkliflər irəli sürülüb.  Komissiyada həmçinin MDB PA yanında iqtisadiyyat üzrə Ekspert Şurasının 27 oktyabr 2020-ci il tarixli iclasının yekunları nəzərdən keçirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31