“Torpaqaqro” MMC Fransadan 2 milyon 500 min avroluq damazlıq heyvan alışını Dayandırdı
Fransa Senatının erməni maraqlarına xidmət edən addımı azərbaycanlı iş adamları və şirkət rəhbərləri tərəfindən də etirazla qarşılanıb. Ölkədə fəaliyyət göstərən əksər şirkətlər Fransa şirkətləri ilə imzaladıqları sazişə yenidən baxmağı qərarlaşdırıblar.
27 Noyabr 2020 13:40 SosialFransa Senatının erməni maraqlarına xidmət edən addımı azərbaycanlı iş adamları və şirkət rəhbərləri tərəfindən də etirazla qarşılanıb. Ölkədə fəaliyyət göstərən əksər şirkətlər Fransa şirkətləri ilə imzaladıqları sazişə yenidən baxmağı qərarlaşdırıblar.
"OLAYLAR" xəbər verir ki, belə şirkətlərdən biri də "Torpaqaqro" MMC-dir. Cəmiyyətin rəhbəri Afiq Səfərov bildirib ki, Fransa Senatının məlum qərarına etiraz olaraq 2021-ci ildə Fransadan 2 milyon 500 min avro dəyərində damazlıq heyvan alışını dayandırıb: "Vətənə, millətə xeyirli olsun. Bütün iş adamlarını Fransa mal və məhsullarını boykot etməyə çağırıram".