Nazirliyin koronavirus Proqnozu

Yoluxma pik həddə çatdıqca, ağır və kritik vəziyyətdə olan xəstələrin sayı da artır.“Olaylar”ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib

Yoluxma pik həddə çatdıqca, ağır və kritik vəziyyətdə olan xəstələrin sayı da artır."Olaylar"ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.T.Eyvazov qeyd edib ki, COVID-19-a yoluxan bütün xəstələrin 80 faizi xəstəliyi yüngül və orta ağır keçirir: "Yəni xəstəliyin ağır formaları bütün xəstələnmə hallarının təxminən 20 faizini təşkil edir. Onların arasında çox ağır, kritik vəziyyətdə olanların sayı 5 faizdir".

Baş infeksionist Azərbaycanda COVİD-19-dan orta ölüm səviyyəsinin Avropa ölkələri, hətta qonşu ölkələrlə müqayisədə aşağı olduğunu da deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31