Karantin rejimini pozan şəxslər cərimələniblər
İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmət aparan zaman iki avtomobil təmiri məntəqəsinin sərtləşdirilmiş karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərdiyini aşkar ediblər.
27 Noyabr 2020 12:58 Sosialİsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmət aparan zaman iki avtomobil təmiri məntəqəsinin sərtləşdirilmiş karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərdiyini aşkar ediblər. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan yerli bürosuna verilən məlumata görə, polis əməkdaşları tərəfindən həmin məntəqələrin fəaliyyəti dərhal dayandırılıb, avtomobil təmirçiləri-Hikmət Salehov və Fəzail Hüseynov barəsində cərimə protokolları tərtib olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31