Deputat: “İnsanlar yoxlama işinin bahalı olduğunu nəzərə alaraq testdən keçmirlər”
24 Noyabr 2020 13:48 Sosial"Koronavirus bu gün hər kəsi narahat edir. Bizdə müharibə, qələbə sevinci vəziyyəti gərginləşdirdi". "Olaylar"ın məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı deyib. Deputat qeyd edib ki, insanlar yoxlama işinin bahalı olduğunu nəzərə alaraq, çox zaman testdən keçmirlər: "Adamların imkanı olmadığı üçün testdən keçmirlər və yoluxma halları artır. Bu, nəzərə alınmalıdır. Əlaqədar qurumlar bunu nəzərə alsalar yaxşı olar". Spiker Sahibə Qafarova bildirib ki, ötən iclasların birində deputat Soltan Məmmədov testlərin pulsuz olduğunu demişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31