Rusiyada bir gündə 491 nəfər öldü
24 Noyabr 2020 13:01 SosialRusiyada son bir gündə daha 24 326 nəfərə COVID-19 diaqnozu qoyulub. Olaylar.az xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb. Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 2 138 828 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 491 nəfər artaraq 37 031-ə yüksəlib. Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 1 634 671 nəfər sağalıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31