Jalə Mütəllimova-Seyidlidən zərdablılara MÜRACİƏT- ..kimsədən qorxma, rəsmi şəxs, üst quruma müraciət et!
24 Noyabr 2020 12:08 SosialZərdab rayonu üzrə koronovirus məsələsini xeyli araşdırdım. Məlum oldu ki, günah elə Zərdabdadır.
Rayonda karonavirusa yoluxanları müalicə etmək üçün, həkim personalı yoxdur.
Bu barədə müraciət dövlətin aidiyyatı qurumlarına rəsmi məlumat verən rəhbərlər də yoxdur.
Sözarası: Rəhman müəllimdir, Pərvin xanımdır və daha başqaları, yəqin ki, yaz əkininə torpaq falan hazırlayırlar. Nə də olsa rayon həm də onlara xidmət edir, qazanc mənbəyidir.
...Nə isə, davam edək...Rayonun heç bir aidiyyat yerli qurumu bunu rəsmi müraciətləri etmir. Etmək istəyənə də deyilir ki, rayonun adını hallandırırsan. Nədən, kimdən, niyə ehtiyat edirlər, bilmirəm?! Zərdab adlı rayon onsuz da pis gündədir. Rayonun səhiyyə idarəsi, mərkəzi xəstəxana, icra hakimiyyətinin aidiyyatı qurumları TƏBIB-ə müraciət edin. Quruma real durumu açıq bildirin.
TƏBIB-in rəhbərliyindən hamı çəkinəndə, onun haqda haqlı olaraq ilk sərt tənqidi mən yazmışam. Amma indi də deməliyəm ki, siz səlis məlumat yollamırsınızsa, qurum neynəməlidi? Məsuliyyət lazım.
Insanlarda da duruma diqqət, anlayış lazım. Maska tax deyilirmi, taxacaqsan!
..Və kimsədən qorxma rəsmi şəxs, üst quruma müraciət et!
...Və əgər ki, kimsə rayonun adının haradasa hallanmasından, özünün dövlət qarşısında qara siyahıya düşməsindən nigarandırsa, mənim üçün gəldi gedər məmur yox, rayonum və onun qalar olan, indi ağır durumda yaşayan insanları önəmlidir.
Jalə Mütəllimova-Seyidli