“Hazırda isə bu məsələ müzakirə mövzusu deyil”- Spiker
24 Noyabr 2020 12:10 Sosial"Bu gün işğaldan azad edilən ərazilərimizdə ciddi şəkildə araşdırmalar aparılır. Parlamentlərarası işçi qrupları əlaqədə olduğu ölkələrin deputatlarını həmin ərazilərə dəvət etməsi yaxşı olardı. Hesab edirəm ki, bu məsələnin öz həllini tapması yaxşı olardı". "Olaylar" xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib. S.Novruzovun çıxışına münasibət bildirən Milli Məclisin sədri Sahibə Qafarova isə deyib ki, bu gün dövlət tərəfindən kifayət qədər işlər görülür: "Diplomatik korpusların nümayəndələri gedirlər. Hazırda isə bu məsələ müzakirə mövzusu deyil".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31