MEK-ə yeni direktor təyin olundu

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasına (MEK) AMEA Rəyasət Heyətinin qərarı ilə yeni təyin olunan direktorun, fəlsəfə elmləri doktoru, professor Məmməd Əliyevin kollektiv qarşısında təqdimatı baş tutub.

Olaylıar.az bildirir ki, təqdimatı giriş sözü ilə açan AMEA-nın akademik-katibi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov Mərkəzi Elmi Kitabxananın Azərbaycan elmində tutduğu mühüm vəzifəsindən danışıb.

Daha sonra çıxış etmək üçün söz MEK-in yeni təyin olunan direktoruna verilib. Fəlsəfə elmləri doktoru, professor Məmməd Əliyev ilk növbədə kollektivi salamlayaraq AMEA-nın prezidenti cənab Ramiz Mehdiyevə təyinatla bağlı dərin minnətdarlığını bildirib. Professor Məmməd Əliyev hədəflərə çatmaq və nümunəvi kitabxana xidmətini formalaşdırmaq məqsədilə MEK-in strukturunda islahatların aparılmasının vacibliyini, elmi şuraların və elmi-tədqiqat labaratoriyalarının yaradılmasının mühüm olduğunu xüsusi qeyd edib.

Sonda kollektiv adından çıxış edən MEK-in kitabxana xidmət üzrə direktor müavini, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi Xuraman İsmayılova yeni təyin olunan direktora işində uğurlar arzuladı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31