Qayıdacam... torpaqları qarış-qarış geri alıb qayıdacam.. Aytən Hüseynova YAZIR

Aytən Hüseynova

--Ata,qayıdacaqsan?

---Qayıdacam..

--Qayıdacaqsan tək eşqim?

---Qayıdacam,ömrüm günüm..

Bircə ana cəsarətlə baxıb boy-buxunlu,qartal baxışlı,ətrafa işıq sacan,ocağına çıraq olan bəy ərən oğluna :

----Oğul,qayıdacaqsan!!!!!

Səninlə böyümək istər ,oğlun,qızın,qayıt,mənim əsgərim,səninlə yaşlanmaq istər yarın,qayıt ,mənim düşmən çəpərim

Anan -atan qucağında ölmək istər,ciynində köcmək istər,qayıt mənim igid ərim,ərənim!!!

Əsgər deyir:

---Ana canım,atam qanım,oğul-uşaq tanrı payım,sadiq yarım..Bəs Vətənim? Bəs torpağım.Vətənsiz anam,atam ,yarım varmı?vətənsiz oğul-uşaq neylər məni?Vətən namus,vətən şərəf,vətən ana mənə...Mən vətənə oğul..Əqidədir vətən mənə...

Qayıdacam,hec darıxma,anam mənim,qayıtmağıma inanan anam mənim..

Ayaq üstə qayıtmasam ,dərd eləmə,ciyinlərdə qayıdacam, al bayrağa bürünmüş tabutumda qayıdacam,Vətən üçün yaranmışam,Vətən üçün qayıdacam,nə fərqi var ya sağlam,ya qazı,ya da şəhid qayıdacam.Inan mənə anam,inan mənə Vətən,şərəfimlə,namusumla qayıdacam.Xocalının qanın alıb,namusuma əl uzadan düşmənim başın kəsib qayıdacam,Xankəndini,Şuşanı xilas edib yüksəklərdə bayrağımı asıb qayıdacam.

Tarixlərin qan yaddaşı yadımdadır sətir-sətir,unutmadım o günləri,Cingizimi,Təbrizimi,Xəlil Rza harayını,unutmadım Mübarizin,Poladın şərəfli şəhidliyini..adını saymadığım nə igidlər,nə oğullar...İnlətdi hər gün məni..

Mən 18-dən bu günə qədər əzbər bildim tariximi...qayıdacam torpaqları qarış-qarış geri alıb qayıdacam..

Nə fərqi var,əziz anam,ya ayaqüstə,ya qazi,ya da çiyinlərdə bayrağıma bürünmüş şəhid oğul qayıdacam..

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31