Polis əməliyyat keçirdi-narkotacirlər ələ keçdi
23 Noyabr 2020 15:00 SosialBaş Narkotiklərlə Mübarizə İdarənin əməkdaşları tərəfindən Abşeron rayonunda keçirilən əməliyyat zamanı isə paytaxt sakini, əvvəllər məhkum olunmuş Tehran Məcidov tutulub. Saxlanılan zaman onun üzərindən 52 qram heroin, 17 qram metamfetamin, yaşadığı Saray qəsəbəsində yerləşən evindən isə 200 qram heroin və 1 ədəd elektron tərəzi aşkar edilib. DİN-dən "Olaylar"a verilən məlumata görə, Baş İdarə əməkdaşlarının Sumqayıt şəhərində həyata keçirdikləri daha bir əməliyyat zamanı isə paytaxt sakini, əvvəllər məhkum olunmuş Tural Abıyev də saxlanılıb. Onun üzərinə baxış zamanı satışı və istifadəsi qadağan olunan 56 qram "Alisa", 16 qram "Tramadol", 67 qram "Paden 300" markalı güclü təsiredici xassəyə malik narkotik tərkibli həblər aşkar olunaraq götürülüb. Daha sonra Tural Abıyevin paytaxt ərazisində icarə əsasında işlədiyi aptekin ofisindən isə 117 qram "Paden 300" və 23 qram "Tramadol" adlı güclü təsiredici xassəyə malik narkotik tərkibli həblər aşkar olunaraq götürülüb.
Qeyd edək ki, bu əməliyyat zamanı Tural Abıyevdən ümumilikdə 1148 ədəd satışı qadağan edilən psixotop tərkibli dərmanlar aşkarlanıb. Paytaxtın Nizami rayonunda həyata keçirilən sonuncu əməliyyat zamanı isə Naxçıvanski küçəsində yaşayan Bəxtiyar Zeynalov Baş İdarənin əməkdaşları tərəfindən tutulub. Onun üzərindən 53 qrama yaxın narkotik vasitə heroin və 32 qram psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb.