Karantin rejiminin bütün tələblərinə nəzarət gücləndirilir
21 Noyabr 2020 15:05 SosialKoronavirusa yoluxmanın xüsusilə yüksək olduğu və sərt karantin rejiminin tətbiq edildiyi rayon və şəhərlər əsas götürülməklə, ölkə ərazisində maskalardan istifadə ilə bağlı yeni qaydalar da daxil olmaqla bütün tələblərə nəzarət gücləndiriləcək.
Olaylar.az-ın məlumatına görə, bu barədə Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən Operativ Qərargahın Respublika müşavirəsində qərar qəbul edilib.
Qərara əsasən, bu sahədə maarifləndirmə işi genişləndiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31