Ermənistanda 26 minə yaxın insanın həyatı Təhlükədədir

Ermənistanda son sutkada 1 193 koronavirusa yoluxma qeydə alınıb.

Olaylar.az xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzinin məlumatına görə, bununla da Ermənistanda virusa yoluxanların sayı 124 839-a çatıb.

Ölkədə pandemiyadan ölənlərin sayı 31 nəfər artaraq 1 931-ə çatıb. COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 498-ə yüksəlib. İndiyədək 92 829 pasiyent infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 29 581 aktiv koronavirus xəstəsi var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31