“Al-Jazeera” Kəlbəcərdə: Evlərindən ayaqyalın qovulan, açarlarını ən dəyərli əşya kimi saxlayanlar - VİDEO
“Al-Jazeera” telekanalından olan Üsamə Bin-Cavaid Kəlbəcər yaxınlığındakı Toğnadan reportaj hazırlayıb, 1993-cü ildə evlərini ayaqyalın, başıaçıq tərk etmək məcburiyyətində qalan, bir gün qayıdacaqları ümidi ilə evlərinin açarını da ən dəyərli əşyaları kimi özləri ilə götürən azərbaycanlılarla söhbət edib.
16 Noyabr 2020 15:38 SosialAzərbaycan, Ermənistan və Rusiya dövlət başçıları arasında gəlinən razılığa əsasən, işğal altında olan rayonlar Azərbaycana təhvil verilməlidir. İlkin anlaşmaya görə, ermənilər Kəlbəcəri noyabrın 15-dək tərk etməli idilər. Lakin Azərbaycan hökuməti coğrafi relyefi nəzərə alaraq, humanist addım atdı və Kəlbəcər üçün bu müddəti 10 gün uzatmaq qərarına gəldi.
"Al-Jazeera" telekanalından olan Üsamə Bin-Cavaid Kəlbəcər yaxınlığındakı Toğnadan reportaj hazırlayıb, 1993-cü ildə evlərini ayaqyalın, başıaçıq tərk etmək məcburiyyətində qalan, bir gün qayıdacaqları ümidi ilə evlərinin açarını da ən dəyərli əşyaları kimi özləri ilə götürən azərbaycanlılarla söhbət edib.